SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində dəyirmi masa keçirilib

Naxçıvan Dövlət Universitetində  dəyirmi masa keçirilib
26-12-2018, 14:25

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında 31 dekabr –Dünya azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, 1989-cu il İranla sərhədlərin sökülməsi ilə başlanan bu gün bayram kimi 1992-ci ildən qeyd olunmağa başlanıb. Bildirilib ki, dünyada yaşayan milyonlarla azərbaycanlının bu günü qeyd etməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Universitetin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov vurğulayıb ki, dünyada yaşayan soydaşlarımıza göstərilən diqqət və qayğı nəticəsində xaricdəki həmvətənlərimiz birlik, həmrəylik və müstəqil Azərbaycanın təbliği işinə layiqli töhfələr verirlər.
“31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” qərarı Arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyev diqqətə çatdırıb. Qeyd edilib ki, bununla da dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində ilk addım məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülüb və həmin ilin 31 dekabrında həmrəylik bayramı ilk dəfə muxtar respublikamızda qeyd edilib.
Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ilə bağlı təkliflər dəyərləndirilib.
Naxçıvan Dövlət Universitetində  dəyirmi masa keçirilibNaxçıvan Dövlət Universitetində  dəyirmi masa keçirilib

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930