SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda “X-XI siniflərdə riyaziyyat kurikulumlarının məqsəd və vəzifələri “ adlı elmi-praktik konfrans keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda “X-XI siniflərdə riyaziyyat  kurikulumlarının məqsəd və vəzifələri “ adlı elmi-praktik konfrans keçirilib
27-06-2019, 16:40

27 iyun 2019-cu il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda “X-XI siniflərdə riyaziyyat kurikulumlarının məqsəd və vəzifələri“ mövzusuna həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Konfransda tam orta təhsil pilləsinin X-XI siniflərində riyaziyyat fənnini tədris edən bir qrup müəllim, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndələri və Naxçıvan Müəllimlər İnstitutunun professor–müəllim heyəti iştirak etmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə konfransı giriş sözü ilə institutun prorektoru Azad Novruzov açaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəbləri ilə İnstitutun əməkdaşlığı, ümumtəhsil məktəblərində kurikulumların tətbiqi məsələlərini diqqətə çatdırmışdır. Sonra Naxçıvan Müəllimlər İnstitutunun Riyaziyyat və tədrisi metodikası kafedrasının dosenti Abdulla Həsənov “X-XI sinif riyaziyyat fənninin tədrisinə dair” və həmin kafedranın müəllimi Vüqar Həmizəyev “X-XI sinif riyaziyyat fənninin tədrisində İKT-dən istifadə” mövzularında çıxışlar etmişlər. “Riyaziyyat və tədrisi metodikası” kafedrasının professoru Yaqub Məmmədov “Riyaziyyat kurikulumları və orta umumtəhsil məktəblərində onun tətbiqi yolları” movzusu ətrafında öz tövsiyyələrini vermişdir.
Elmi-praktik konfransda həmçinin orta umumtəhsil məktəblərində riyaziyyat fənnini tədris edən bir neçə müəllim “Müasir kurikulumlar və onların tədris prosesində əhəmiyyəti və qarşıya çıxan problemlər” ətrafında fikir mübadiləsi aparmışlar.
Sonda Naxçıvan şəhər Təhsil şöbəsinin nümayəndəsi Sabir Məmmədov keçirilən konfransın əhəmiyyətindən danışaraq vurğulamışdır ki, Naxçıvan Müəllimlər İnstitutu ilə Naxçıvan Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə təşkil olunan bu cür tədbirlər müəllimlərin maariflənməsinə və müasir təlim metodlarının ümumtəhsil məktəblərində tətbiqinə öz müsbət təsirini göstərməkdədir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930