SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində növbəti hesabat konserti keçirilib

Naxçıvan Dövlət Universitetində növbəti hesabat konserti keçirilib
25-12-2018, 10:22

Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsi Xalq çalğı alətləri kafedrasının hesabat konserti keçirilib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konsert tələbələrin ifasında Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri Cahangir Cahangirov, Fikrət Əmirov, Ramiz Mirişli və Emin Sabitoğlunun əsərləri, Böyük Dayaq kinofilmindən Pərişanın mahnısı, “Şüştər təsnifi” və maraqlı kompozisiyalar nümayiş olunub. Tələbələrin ifasında həmçinin etüdlər də səsləndirilib.

Sonda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirə yekun vuraraq muxtar respublikada incəsənət xadimlərinin, bəstəkar və sənətşünasların fəaliyyətləri üçün yaradılan şəraitdən, hesabat konsertlərinin istedadlı tələbələrin üzə çıxarılması, onlarda professional ifaçılıq məziyyətlərinin aşılanması baxımından əhəmiyyətindən bəhs edib.

gulnar

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930