SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda Dövlət Qulluğu Məsələləri üzrə Komissiya keçirilən imtahanlarda obyektivliyin təmin edilməsini diqqətdə saxlayıb

Naxçıvanda Dövlət Qulluğu Məsələləri üzrə Komissiya  keçirilən imtahanlarda obyektivliyin  təmin edilməsini  diqqətdə saxlayıb
20-06-2019, 11:57

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya may ayında keçirilən imtahanlarda obyektivliyin və şəffaflığın tam təmin edilməsini, eləcə də qarşıda duran vəzifələrin icrasını diqqətdə saxlayıb.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Komissiyanın Test mərkəzində 13-18 may tarixlərdə Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanları keçirilmişdir. Test imtahanlarında iştirak etmək üçün 120 nəfər sənəd təqdim etmiş, onlardan 109-u test imtahanında iştirak etmiş və 85-i müvafiq keçid balını toplayıb.

27-31 may tarixlərdə gömrük orqanlarında vakant olan vəzifələrin tutulması üçün test imtahanları keçirilmiş, iştirak edən 175 namizəddən 85-i müvafiq keçid balını toplamışdır. Komissiya tərəfindən müvafiq dövlət orqanlarının müraciətləri nəzərə alınmaqla vakant şöbə müdiri və sektor müdiri vəzifələrinin tutulması üçün 4 nəfərin iştirakı ilə test imtahanları keçirilib.

May ayında komissiya tərəfindən dövlət qulluğu, vergi, eləcə də müəllimlərin işə qəbulu üçün təşkil edilmiş hazırlıq kurslarında 164, sınaq imtahanlarında 117 nəfər iştirak etmişdir. Ötən ay “Ümummilli lider Heydər Əliyevin milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyası və dövlət qulluqçuları qarşısında duran vəzifələr” mövzusunda maarifləndirici seminar keçirilmişdir. Seminarda inzibati vəzifələrə təyin olunmuş 88 dövlət qulluqçusu iştirak edib.


Ay ərzində ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılmış, ehtiyat kadrlar siyahısında olan 13 namizəddən 1-i vakant vəzifəyə təyin olunub.[/justify]

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930