SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan”Universitetində “Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib

“Naxçıvan”Universitetində “Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafı”  mövzusunda elmi-praktik konfrans keçirilib
19-06-2019, 14:30

“Naxçıvan”Universitetində “İqtisadiyyat” kafedrasının təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib.

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə tədbiri giriş sözü ilə “Naxçıvan” Universitetinin prorektoru Hüseyn Bağırsoylu açaraq konfransın keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, ölkə iqtisadiyyatında özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikası bütün sahələrdə sistemli şəkildə həyata keçirilən islahatlarla dinamik inkişaf dövrünü yaşayır. Qazanılan uğurların təməlində dayanan əsas faktorlardan biri qəbul olunan Dövlət proqramlarının uğurla həyata keçirilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyət kəsb edib.
Daha sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Elnur Mahmudov “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunları və gələcək perespektivləri” mövzusunda, “Naxçıvan”Universitetinin “İqtisadiyyat” kafedrasının müdiri Dilsuz Qasımovun “ Naxçıvan MR-da qəbul edilmiş sosial-iqtisadi inkişaf proqramlarının iqtisadi inkişafa təsiri” mövzusunda və “İqtisadiyyat” ixtisasının I kurs tələbəsi Coşqun Hüseynovun “Naxçıvan MR-nın sosial-iqtisadi inkişaf proqramlarının icrasının əhalinin həyat səviyyəsinin yüksəldilməsində rolu” mövzusunda çıxışları dinlənilib.


“Naxçıvan”Universitetində “Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafı”  mövzusunda elmi-praktik konfrans keçirilib
“Naxçıvan”Universitetində “Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafı”  mövzusunda elmi-praktik konfrans keçirilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031