SON DƏQİQƏ

naxcivanxeberleri.com

İsveçdə adaya 100 milyon kəpənək axın edib

İsveçdə adaya 100 milyon kəpənək axın edib
15-06-2019, 09:40

İsveçin Eland adasına 100 milyon kəpənək axın edib.

NAXCİVANXEBERLERİ.COM SVT telekanalına istinadən xəbər verir ki, köçəri kardus kəpənəklərinin axını yerli sakinləri heyrətə gətirib, çünki daha əvvəl Skandinaviyada bu qədər qanadlı həşərat müşahidə olunmayıb.

"Adətən kardus kəpənəkləri bir neçə on min ədəd olur, lakin indi onların sayı ən azı 100 milyon, hətta bir neçə dəfə də çoxdur", - deyə ekspertlər bildirirlər.

Qeyd olunur ki, İsveç iqlimi əvvəllər heç vaxt kardus kəpənəkləri üçün cəlbedici olmayıb, lakin indi onlar adada özlərini yaxşı hiss edirlər. Mütəxəssislər bildirirlər ki, bu, ciddi iqlim dəyişkənliyinin nəticəsi ola bilər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031