SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyənin müdafiə naziri: "ABŞ "F-16" məsələsində soyuqqanlı davranmalıdır"

Türkiyənin müdafiə naziri: "ABŞ "F-16" məsələsində soyuqqanlı davranmalıdır"
2-02-2023, 22:44

“Türkiyə region və qlobal sülh üçün nə lazımdırsa edir”.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2023”ün bağlanış mərasimində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, "F-16" qırıcılarının tədarükü ilə bağlı proseslər uğurla inkişaf edir: “ABŞ soyuqqanlı davranmalıdır. Bizə "F-16"ların verilməsi ilə həm də NATO güclü olacaq. Çünki güclü Türkiyə güclü Alyans deməkdir".

Nazir xatırladıb ki, İsveç və Finlandiya NATO-ya üzvlük üçün Madrid razılaşmasının tələblərini yerinə yetirməlidir.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031