15:00 - Yaxınlaşan sülh və Ermənistanın təxribatları - terror dövləti xislətindən əl çəkmir
14:30 - Ukrayna sərhədçiləri son 3 gündə Rusyanın 8 PUA-sını məhv edib
14:15 - Almaniya XİN Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək barədə qərarını qınayıb
14:00 - Milli Muğam Müsabiqəsi başlayır
13:31 - Novruz tətilindən sonrakı ilk iş gününün hava proqnozu açıqlanıb
13:00 - Hulusi Akar: “Terror təşkilatlarında ciddi çöküş yaşanır”
12:30 - Rusiya son sutkada Ukraynanın 8 rayonunu atəşə tutub, 5 mülki şəxs həlak olub
12:15 - Bu gün "Novruz şəhərciyi"nin son günüdür-FOTO
12:00 - Putin: “Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk, amma hərbi ittifaq yaratmırıq”
11:45 - “Böyük yeddilik” ölkələri kriptoaktivlərin daha sərt tənzimlənməsini dəstəkləyir
11:15 - Ukrayna Təhlükəsizlik Şurası: “Belarus Kremlin nüvə girovuna çevrilir”
11:00 - Havanın çirklənməsi xroniki öskürək yarada bilər
10:45 - Gələn həftə Ufadan Bakıya daha bir aviareys açılacaq
10:30 - ABŞ institutu: "Vladimir Putin Qərbi qorxutmaq istəyir, Çin Rusiyaya xəbərdarlıq edib"
10:15 - Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib
Ermənistan AES-in keçmiş baş direktoru bir milyon dollardan çox pulu mənimsəməkdə ittiham olunur
Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının keçmiş baş direktoru Qaqik Markosyan bir milyon dollardan çox vəsaiti mənimsəməkdə ittiham olunur.
NAXCİVANXEBERLERİ.COM “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Baş Prokurorluğu yayıb.
İstintaqın məlumatına görə, 2002-2014-cü illərdə AES-in baş direktoru olan Qaqik Markosyan 380 milyon dramdan çox (bir milyon dollardan çox) pul mənimsəyib.
Bildirilib ki, o, 2011-ci ildə Rusiyanın “NovEnergoProm” şirkətindən yüksək qiymətə (33,54 milyon rubl) natamam armatur dəsti (14 ədəd) alıb.
Məlumata görə, həmin material anbarda qalaraq istifadə olunmayıb. Sonra onun yararlılıq müddəti keçib.
AES 2015-ci ildə Rusiyanın “Rusatom Service”dən 592 000 dollara 37 ədəd armatur komplekti almaq məcburiyyətində qalıb.
Bildirilib ki, 2022-ci il dekabrın 22-də Ermənistan Baş Prokurorluğunun təşəbbüsü ilə Markosyana qarşı cinayət işi başlanılıb. İş Milli təhlükəsizlik Xitmətinin İstintaq İdarəsinə göndərilib. Bu il yanvarın 31-də Markosyana qarşı ittiham irəli sürülüb.
Qeyd edək ki, bu, Markosyana qarşı açılan ilk cinayət işi deyil. Hələ 2016-cı ildə o və AES-in keçmiş rəhbərliyinin başqa nümayəndələri xüsusilə irimiqyaslı mənimsəmədə ittiham olunublar.
Xatırladaq ki, Ermənistan AES-in Cənub Qafqazın, o cümlədən Azərbaycanın ekologiyasına və əhalisinə təhlükə mənbəyi olduğuna dair Beynəlxalq Atom Enerjisi Agentliyinə çoxsaylı müraciət edilib.