SON DƏQİQƏ

naxcivanxeberleri.com

Süleyman Soylu: "Konsulluqların bağlanması Türkiyəyə qarşı psixoloji müharibədir”

Süleyman Soylu: "Konsulluqların bağlanması Türkiyəyə qarşı psixoloji müharibədir”
2-02-2023, 22:11

"Niderland, Böyük Britaniya və Almaniyanın Türkiyədəki konsulluqlarını bağlaması ölkəmizə qarşı psixoloji müharibədir”.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu 2022-ci ilin yekunlarına dair yığıncaqda bildirib.

O, Türkiyəyə qarşı terror fəaliyyəti ilə məşğul olan qruplaşmaları kimlərin təmin etdiyini bildiklərini vurğulayıb: “Terrorçu PKK/PYD-YPG-ni ABŞ təmin edir. ABŞ və Qərb dövlətləri pul, logistika və insan resursları ilə təmin etdiyi qruplaşma ilə terror dövləti qurmaq xəyalından əl çəkməyib”.

Qeyd edək ki, fevralın 1-də Böyük Britaniya, Niderland və Almaniya Türkiyənin İstanbul şəhərində terror təhlükəsini əsas göstərərək bu şəhərdəki baş konsulluqlarını bağlayıb.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031