17:15 - Putin Mariupola səfərindən danışıb: "Kəməri bağlamadım ki, nəsə olsa avtomobildən tez düşə bilim"
17:00 - Moldovanın dövlət dili dəyişdirilib
16:45 - Rusiya Prezidenti: “Qərb bütün qırmızı, hətta tünd qırmızı xətləri keçir”
16:30 - DYP velosipedçilərə müraciət edib
16:00 - Rusiyanın Ukraynadakı itkiləri 170 mini ötüb
15:45 - Rusiyalı politoloq: “Ermənistanla müttəfiqlik Rusiya üçün sərfəli deyil”
15:30 - Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurublar
15:15 - Serbiya Prezidenti: “Ukraynadakı münaqişənin qalibi olmayacaq”
15:00 - Yaxınlaşan sülh və Ermənistanın təxribatları - terror dövləti xislətindən əl çəkmir
14:30 - Ukrayna sərhədçiləri son 3 gündə Rusyanın 8 PUA-sını məhv edib
14:15 - Almaniya XİN Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək barədə qərarını qınayıb
14:00 - Milli Muğam Müsabiqəsi başlayır
13:31 - Novruz tətilindən sonrakı ilk iş gününün hava proqnozu açıqlanıb
13:00 - Hulusi Akar: “Terror təşkilatlarında ciddi çöküş yaşanır”
Ukrayna Avstriyadan anti-dron vasitələr, yanğınsöndürən və təcili yardım maşınları istəyib
Ukrayna Avstriyadan düşmənin pilotsuz uçuş aparatları ilə mübarizə və minalardan təmizləmə üçün vasitələr, həmçinin yanğınsöndürən və təcili tibbi yardım maşınları istəyib.
NAXCİVANXEBERLERİ.COM UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Avstriya Prezidenti Aleksandr van der Bellenlə keçirdiyi brifinqdə bildirib.
“Ukrayna Avstriyadan başqa nəsə ala bilərmi? Biz bu barədə cənab Prezidentlə danışdıq. Qış hələ bitməyib, ona görə də enerji dəstəyinə, generatorlarla dəstəyə ehtiyacımız var”, - o deyib.
Bundan əlavə, V.Zelenski və A.Van der Bellen Ukraynaya təcili tibbi yardım maşınlarının verilməsini müzakirə ediblər.
“Bu gün biz ondan danışdıq ki, hazırda bizə sürətli sıçrayış lazımdır – işğaldan azad olunan, çatışmazlıq yaşanan rayonlara göndərmək üçün 400-500 təcili tibbi yardım maşınına ehtiyacımız var. Bu, böyük rəqəmdir və bu, tez bir zamanda həll edilməlidir”, - V.Zelenski söyləyib.
Ukrayna Prezidentinin sözlərinə görə, eyni tələb yanğınsöndürən maşınlara, həmçinin minalardan təmizləmə məsələsinə də aiddir.
O xüsusilə vurğulayıb ki, hazırda Ukraynanın əhəmiyyətli ərazisi minalardan təmizlənməlidir və ukraynalılar təkcə cəbhədə deyil, həm də azad edilmiş ərazilərdə ölürlər.
Bundan əlavə, Ukrayna dövlət başçısı ölkəsinin düşmənin pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün vasitələrə ehtiyac duyduğunu vurğulayıb.