13:00 - Kahramanmaraşda fəaliyyət göstərən hərbi tibb personalımız təltif olunub-FOTO
12:55 - Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabrikləri tikiləcək
12:52 - Hökumət dərman vasitələri ilə bağlı yeni sənəd hazırlayır
12:48 - Komitə sədri: "Dərmanların keyfiyyəti aşağıdır, bəzi dərmanlar tapılmır"
12:44 - Deputat: “Azərbaycanda dərmanların qiyməti 3-4 dəfə bahadır"
12:40 - Ceyhun Bayramov: “İsrail qabaqcıl təcrübə və texnologiyasını Azərbaycanla bölüşə bilər”
12:35 - Deputat uşaqlara verilən siropun istifadə qaydasının fərqli yazılmasını tənqid edib
12:30 - Kohen: “İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir”
12:25 - Fərid Şəfiyev: "Azərbaycan Aİ-nin Ermənistandakı missiyası ilə əməkdaşlıq etməyəcək"
12:20 - Belarusdan Azərbaycana gətirilən kartofda zərərvericilər aşkarlanıb
12:15 - İsrailin xarici işlər naziri apreldə Azərbaycana səfər edəcək
12:05 - Azərbaycanda dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydasına dəyişiklik edilir
12:02 - İsrailin XİN rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib
12:00 - Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
Rumıniya Prezidenti sabah Azərbaycana gələcək
Rumıniya Prezidenti Klaus İohannis Prezident İlham Əliyevin dəvəti ilə fevralın 2-3-ü tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.
NAXCİVANXEBERLERİ.COM Rumıniya mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində K.İohannis azərbaycanlı həmkarı ilə ikitərəfli münasibətlərin inkişafı, habelə enerji, nəqliyyat, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, təhsil və mədəniyyət kimi sahələrdə əməkdaşlıqla bağlı məsləhətləşmələr aparacaq.
Bununla yanaşı, Rumıniya dövlət başçısı Azərbaycan Prezidenti ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak edəcək.
Həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji və nəqliyyatın inkişafı sahəsində strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqlara diqqət yetiriləcək. Digər müzakirə mövzusu Rumıniya ilə Azərbaycan Avropa və Mərkəzi Asiya arasında strateji təşəbbüslər üzrə əməkdaşlığın genişləndirilməsi olacaq.
K.İohannisin Bakıya səfəri 2022-ci il dekabrın 17-də Buxarestdə dövlət başçıları arasında aparılmış danışıqların davamıdır.
Qeyd edildiyi kimi, Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniya ilə ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldıran ilk dövlətdir.