14:05 - Fazil Mustafanın müalicəsi davam edir, həkim müşahidəsi altındadır
14:00 - Prezident Ağsuda avtomobil yolunun tikintisinə 7,8 milyon manat ayırıb - SƏRƏNCAM
13:55 - FHN Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirəcək
13:50 - Ceyhun Bayramov israilli həmkarını Ermənistanın təxribatları barədə məlumatlandırıb
13:45 - XİN Ceyhun Bayramovla israilli həmkarının müzakirə etdiyi məsələləri açıqlayıb
13:40 - Baş Narkotiklərlə Mübarizə İdarəsində yeni təyinat olub
13:35 - Sabahın hava proqnozu açıqlanıb
13:30 - Naxçıvanın kənd təsərrüfatında olan problemləri necə həll etmək olar?
13:25 - Azərbaycan Basketbol Federasiyasının prezidenti Parisdə həmkarı ilə görüşüb
13:20 - Abdullahiyan: "Apreldə İran və Rusiya arasında strateji tərəfdaşlıq haqqında saziş imzalana bilər"
13:10 - Qarabağdakı sənaye parklarına 138 milyon manat investisiya yatırılacaq
13:00 - Kahramanmaraşda fəaliyyət göstərən hərbi tibb personalımız təltif olunub-FOTO
12:55 - Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabrikləri tikiləcək
12:52 - Hökumət dərman vasitələri ilə bağlı yeni sənəd hazırlayır
Ceyhun Bayramov qırğız həmkarı ilə telefonla danışıb
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumu ilə əlaqədar xarici işlər naziri Ceyhun Bayramova zəng edən Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev Səfirliyimizin əməkdaşının bu xain terror aktı nəticəsində həyatını itirməsini dərin kədər hissi ilə qeyd edərək öz başsağlığını çatdırıb.
Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, beynəlxalq hüquq normalarına zidd şəkildə diplomatik xidmət orqanlarına və onların əməkdaşlarına qarşı törədilən bu kimi xain hücumları qətiyyətlə pisləyən nazir Ceenbek Kulubayev Qırğız Respublikasının Azərbaycan ilə həmrəyliyini, Səfirlik əməkdaşlarına qarşı bu terror aktlarının törədilməsinin qəbuledilməz olduğunu bildirib.
C.Bayramov başsağlığına və həmrəylik nümayişinə görə öz həmkarına təşəkkür edərək Səfirliyimizin əməkdaşının həyatını itirməsinə səbəb olan bu qanlı əməlin günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün tərəfimizdən bütün lazımi tədbirlərin görüləcəyini əminliklə vurğulayıb.