SON DƏQİQƏ

naxcivanxeberleri.com

İran Prezidenti müvafiq orqanlara Azərbaycanın səfirliyinə hücumun araşdırılmasını tapşırıb

İran Prezidenti müvafiq orqanlara Azərbaycanın səfirliyinə hücumun araşdırılmasını tapşırıb
27-01-2023, 18:22

İran Prezidenti İbrahim Rəisi müvafiq orqanlara Azərbaycanın Tehrandakı Səfirliyinə hücumun araşdırılmasını tapşırıb.

NAXCİVANXEBERLERİ.COM bu barədə ISNA agentliyinə istinadən xəbər verir.

“Prezident xəbəri aldıqdan dərhal sonra hərtərəfli araşdırma aparılmasına göstəriş verib, mərhumun yaxınlarına başsağlığını bildirib, həmçinin yaralıların tezliklə sağalmasını arzulayıb", - mesajda deyilir.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031