SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ukrayna MN Rusiya komandanlığının öz hərbçilərinin meyitini yandırdığını açıqlayıb

Ukrayna MN Rusiya komandanlığının öz hərbçilərinin meyitini yandırdığını açıqlayıb
27-01-2023, 23:14

Rusiya hərbçiləri səyyar krematoriyalardan fəal şəkildə istifadə edir, üstəlik, komandanlıqları hətta ölən əsgərlərinin kimliyini və qeydiyyatını belə aparmır.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar teleqramda yazıb.

O bildirib ki, Rusiya ordusunun ön mövqelərinin arxasında beşə yaxın belə krematoriyanın daimi yerdəyişməsi var:

“Ölən işğalçıların cəsədlərinin identifikasiyası və qeydiyyatı aparılmadan kremasiya işləri aparılır. Beləliklə, Rusiya komandanlığı şəxsi heyətin böyük itkilərini gizlədir və ölənlərin ailələrini Rusiya təbliğatının reklam etdiyi müavinət və təzminatlardan məhrum etmək kimi ənənəvi Rusiya təcrübəsini tətbiq etməkdə davam edir”, - müdafiə nazirinin müavini əlavə edib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031