SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının videogörüşü olub

Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının videogörüşü olub
27-01-2023, 22:33

Rusiya və Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkililəri (ombudsman) Tatyana Moskalkova və Dmitro Lubitsin videogörüşü baş tutub. Görüşə Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç qatılıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə rusiyalı ombudsman 


teleqramda bildirib.

“Qarşılıqlı fəaliyyətimiz artıq ailələrin birləşməsi, hər bir tərəfdən itkin düşmüş şəxslərin müəyyən edilməsi, əsirlərin mübadiləsinə köməklik göstərilməsi və saxlanılan mülki şəxslərin evlərinə qarşılıqlı qayıtması ilə bağlı bir sıra məsələlərin həllinə imkan verib”, - rusiyalı hüquq müdafiəçisi söyləyib.

O, tərəflərin bu istiqamətdə fəaliyyətlərini davam etdirərək, ağır yaralıların, repatriasiya edilməli olan şəxslərin siyahılarının mübadiləsinə köməklik göstərməyə, deportasiyaya tabe olan vətəndaşların qaytarılmasında səlahiyyətli orqanlara köməklik göstərməyə razılaşdığını vurğulayıb.

“Eyni zamanda, təcrübədən göründüyü kimi, belə hallarda ombudsmanların rolu artır. Biz çətin həyat vəziyyətində olan insanlara yardım etmək üçün əlimizdən gələni etməyə çalışırıq”, - T. Moskalkova yekunda qeyd edib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031