SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ institutu: "Ruben Vardanyan Vladimir Putinin Qarabağa göndərdiyi rusiyalı oliqarxdı"

ABŞ institutu: "Ruben Vardanyan Vladimir Putinin Qarabağa göndərdiyi rusiyalı oliqarxdı"
24-01-2023, 23:00

“Ruben Vardanyan Rusiya Prezidenti Vladimir Putinin faktiki olaraq Qarabağa göndərdiyi rusiyalı oliqarxdır, lakin Qərbdə çoxları ona qərbyönlü erməni vətənpərvər kimi yanaşır”.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu ABŞ-ın Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran tviterdə yazıb.

O, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların tör-töküntülərinin başçılarından sayılan R.Vardanyanı tənqid edib.

Xatırladaq ki, R.Vardanyan 2022-ci il noyabrın 4-də Qarabağdakı erməni separatçıların "dövlət naziri" (baş nazir) təyin olunub.

Azərbaycan onun ölkə ərazisinə daxil olmasını və bölücülüklə məşğul olmasını qanunazidd addım və cinayət sayır.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ocak 2023    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031