SON DƏQİQƏ

naxcivanxeberleri.com

Zelenski dövlət qulluqçuları və deputatlara dincəliş üçün xaricə getməyi yasaqlayıb

Zelenski dövlət qulluqçuları və deputatlara dincəliş üçün xaricə getməyi yasaqlayıb
24-01-2023, 22:33

Ukraynanın dövlət qulluqçularına və xalq deputatlarına məzuniyyətə və ya dövlətin ehtiyacları ilə bağlı olmayan digər məqsədlər üçün xaricə getmələri yasaqlanıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramında dərc olunan ənənəvi axşam videomüraciətində deyib.

Onun sözlərinə görə, bununla bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı var.

“Məmurların xaricə getməsi ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının prinsipial qərarı var. Bu, mərkəzi hökumətin bütün məmurlarına, yerli idarəetmənin müxtəlif səviyyələrinə aiddir, bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, deputatlara, prokurorlara, həmçinin dövlət üçün və dövlətdə işləməli olanların hamısına aiddir”, - Zelenski bildirib.

“İndi dincəlmək istəsələr, dövlət qulluğundan kənarda dincələcəklər. Rəsmilər bundan sonra məzuniyyət və ya başqa qeyri-dövlət məqsədləri üçün xaricə səyahət edə bilməyəcəklər”, - dövlət başçısı vurğulayıb.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ocak 2023    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031