SON DƏQİQƏ

naxcivanxeberleri.com

KİV: Erməni əsilli rusiyalı iş adamları Ermənistana sərmayə qoymaqdan qorxurlar

KİV: Erməni əsilli rusiyalı iş adamları Ermənistana sərmayə qoymaqdan qorxurlar
12-06-2019, 14:20

Rusiyanın erməni əsilli iş adamları Ermənistan iqtisadiyyatına sərmayə qoymaqdan qorxurlar.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu “Jamanak” yazıb.

“Rusiyanın erməni əsilli iş adamları Ermənistana sərmayə qoymağa qarşı deyillər. Ancaq bunun Rusiya hakimiyyəti ilə münasibətlərə təsir etməyəcəyinə əmin olmaq istəyirlər. Sadəcə, erməni əsilli rusiyalı iş adamları Rusiya və Ermənistan hakimiyyətləri arasındakı gərginlikdən xəbərdardırlar. Ona görə də Ermənistana sərmayə qoyandan sonra Rusiyadakı əmlaklarına təhlükə yaranmayacağına əmin deyillər”, - qəzet vurğulayıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərində bu il iyunun 6-8-də keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində rusiyalı erməni əsili iş adamlarını ölkəsinə sərmayə qoymağa çağırmışdı.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930