SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiyanın müdafiə naziri belaruslu həmkarı ilə Minskdə görüşüb

Rusiyanın müdafiə naziri belaruslu həmkarı ilə Minskdə görüşüb
3-12-2022, 22:44

Rusiyanın müdafiə naziri Sergey Şoyqu belaruslu həmkarı Viktor Xrenin ilə danışıqlar aparmaq üçün Minskə gedib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə “BELTA” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya Federasiyasının hərbi idarə rəisinin təyyarəsi Maçulişçi aerodromuna enib.

Sergey Şoyqu və Viktor Xrenin arasında baş tutan görüşdən sonra nazirlər hərbi sahədə regional təhlükəsizliyin birgə təmin edilməsinə dair dövlətlərarası sazişə dəyişikliyi özündə ehtivan edən protokolu imzalayıblar.

Görüşdə həmçinin ölkələr arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728