SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ukraynada müharibə zamanı 15 mindən çox insan itkin düşüb

Ukraynada müharibə zamanı 15 mindən çox insan itkin düşüb
25-11-2022, 11:42

Rusiyanın apardığı müharibə zamanı Ukraynada 15 mindən çox insan itkin düşüb.

NAXCİVANXEBERLERİ.COM BBC-yə istinadən xəbər verir ki, bu barədə İtkin Düşmüş Şəxslərlə bağlı Beynəlxalq Komissiyanın Avropa üzrə nümayəndəsi Metyu Hollidey bildirib.

Onun sözlərinə görə, məcburi şəkildə Rusiyaya köçürülənlərin və bu ölkədə saxlanılanların, eləcə də öldürüldükdən sonra naməlum məzarlıqlarda basdırılanların sayı hələ ki məlum deyil.

M.Hollidey “Reuters” agentliyinə müsahibəsində bildirib ki, ehtimallara əsasən, Ukraynada itkin düşənlərin axtarışı hətta hərbi əməliyyatlar dayandırıldıqdan sonra da uzun illər davam edəcək.

O, itkin düşənlərlə bağlı rəqəmlərin böyük olduğunu Ukraynanın üzləşdiyi problemlərin isə çoxluğunu vurğulayıb.

Metyu Hollidey bildirib ki, itkin düşənlərin və ölənlərin çoxu müharibə cinayətlərinin qurbanıdır və günahkarlar məsuliyyətə cəlb edilməlidir.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031