SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ərdoğan: “Türkiyə gənclərin təhsili üçün ideal şərait yaratmağa çalışır”

Ərdoğan: “Türkiyə gənclərin təhsili üçün ideal şərait yaratmağa çalışır”
25-11-2022, 09:39

"Biz Türkiyənin 780 min kvadratmetrinin hər bir hissəsində uşaqlarımız üçün təhlükəsiz gələcək təmin etmək əzmindəyik".

NAXCİVANXEBERLERİ.COM “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Ankarada Müəllimlər Gününə həsr olunmuş tədbirdə deyib.

Türkiyə Prezidenti müəllimlərin də ölkənin sərhədyanı ərazilərinin hücum və atəşə məruz qalmasının qurbanı olmasından təəssüfləndiyini bildirib. “Biz müəllimlərə qarşı təhdidlə bağlı olan hər şeyi yerlə-yeksan edəcəyik”, - Ərdoğan əmin edib.

Ərdoğan Suriya və İraq da daxil olmaqla terror təşkilatlarının üzvlərinin zərərsizləşdirilməsi səylərinə diqqət çəkib. “Türkiyə ordusu terror təhlükəsini tamamilə aradan qaldırmaq üçün əməliyyatları davam etdirir. Bölgədəki qanlı təşkilatların obyektləri bir-bir dağıdılır”, - Ərdoğan bildirib.

Türkiyə Prezidenti daha sonra ölkənin təhsil sisteminin son iki onillikdə əldə etdiyi uğurlardan danışıb.

Onun sözlərinə görə, son 20 ildə təhsilə ayrılan xərclər 7,5 milyard lirədən 304 milyard lirəyə yüksəlib və bu, son hədd deyil. “Bu gün Türkiyədə uşaq və yeniyetmələrin təhsil alması üçün hər cür şərait formalaşıb. İbtidai təhsil sistemində hər 15 uşağa bir müəllim düşür, ümumtəhsil məktəblərində isə bu rəqəm 13 şagirdə bir müəllimdir”, - dövlət başçısı vurğulayıb.

O, Türkiyənin inkişafına verdiyi töhfələrə görə bütün müəllimlərə təşəkkür edib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Kasım 2022    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930