SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hindistana məxsus AN-32 təyyarəsi ilə əlaqə kəsilib

Hindistana məxsus AN-32 təyyarəsi ilə əlaqə kəsilib
3-06-2019, 23:05

Hindistan hərbi hava qüvvələrinə məxsus AN-32 təyyarəsi ilə bazanın əlaqəsi kəsilib.

NAXCİVANXEBERLERİ.COM Hindistan KİV-lərinə istinadla xəbər verir ki, 8 heyət üzvü və 5 sərnişinin olduğu təyyarə Arunaçal Pradeş ştatının Qərbi Sianq rayonundakı Meçuka vadisindən yerli vaxtla 12:25-də havaya qalxıb. Təxminən 35 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib. Meçuka vadisi Hindistan ilə Çin arasında faktiki sərhəd rolunu oynayan MakMohan xəttinə çox yaxında yerləşir.

Hazırda təyyarənin tapılması istiqamətində qüvvələr səfərbər edilib. Hələlik onun qəzaya uğraması təsdiq olunmayıb.

Qeyd edək ki, "Antonov-32" taktiki nəqliyyat təyyarələri Hindistan hava qüvvələrində 1984-cü ildən geniş istifadə olunur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031