SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gürcüstanda ərzaq məhsulları bahalaşıb

Gürcüstanda ərzaq məhsulları bahalaşıb
3-06-2019, 14:10

Ötən ay Gürcüstanda inflyasiya 0,5% təşkil edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik inflyasiya isə 4,7%-ə bərabər olub.

May ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 1,2%, tərəvəzlərinqiyməti 8,1%, meyvə və üzümün qiyməti 7,1%, qənd, cem, bal, şokolad və qənnadı məmulatlarının qiyməti 2%, ətin qiyməti 1,8%, balığın qiyməti isə 1,2% bahalaşıb. Süd, pendir və yumurtanın qiyməti isə 5,7% ucuzlaşıb.

İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 7,9%,alkoqollu içkilər və tütünün qiyməti 21,1%, nəqliyyatxərcləri 3,2%, səhiyyə xərcləri isə 3% artıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930