SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiyada partlayış nəticəsində xəsarət alanların sayı

Rusiyada partlayış nəticəsində xəsarət alanların sayı
2-06-2019, 12:15

Rusiyanın Dzerjinsk şəhərində trotil istehsalı üzrə zavodda partlayış baş verib.

NAXCİVANXEBERLERİ.COM-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayışdan sonra zavodda yanğın başlayıb, hadisə yerinə çox sayda yanğınsöndürənlər briqadası cəlb edilib.

Bildirilir ki, partlayışdan sonra tibbi yardım üçün 89 nəfər müraciət edib. Onlardan 44-ü zavodun əməkdaşı, 45-i isə ətraf ərazilərdə yaşayan sakinlərdir.

Qeyd edilir ki, xəsarət alanlardan 28-i xəstəxanalara təcili tibbi yardım avtomobilləri ilə çatdırılıb, 61-i isə özü müraciət edib.

Məlumata əsasən, hazırda xəstəxanada 16 xəsarət alan qalır, onlardan 1-nin vəziyyəti ağırdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930