SON DƏQİQƏ

naxcivanxeberleri.com

Latviya Seyminə keçirilən seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Latviya Seyminə keçirilən seçkilərdə Baş nazirin partiyası qalib gəlib
2-10-2022, 10:11

Latviyanın Baş naziri Krişyanis Karinşin “Yeni Birlik” partiyası ötən gün keçirilən növbəti parlament (birpalatalı Seym) seçkilərində qalib gəlib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu, ölkənin Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən səsvermənin real vaxt rejimindəki ilkin nəticələrində əks olunub.

Məlumata görə, 1 055 məntəqədən 1 000-nin səsləri hesablandıqdan sonra sağ mərkəzçi bu siyasi qüvvə 18,84 % səs, 100 deputat mandatından isə 23-nü alır. Lakin bu uğur partiyanın təkbaşına hakim olmasına imkan vermir. Siyasi qüvvə çoxluq yaratmaq üçün koalisiyaya qoşulmalı olacaq. İkinci yerdə 12,75 faiz səs və 16 deputat mandatı ilə “Yaşıllar və Kəndlilər İttifaqı” partiyası, üçüncü yerdə “Hər şey Latviya naminə!” Milli Assosiasiyası qərarlaşıb (10,98 %, 13 yer). Demək olar ki, eyni nəticəni (9,29 %, 13 yer) “Birgə Siyahı – Latviya Yaşıllar Partiyası” siyasi bloku, “Latviya Regionlar Assosiasiyası”, Liepaya Partiyası əldə edib.

Səkkiz partiya və birliyin namizədləri böyük ehtimalla parlamentdə düşəcək. Seymə daxil olmaq üçün siyasi qüvvələr beş faizlik maneəni aşmalıdır.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031