SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Bayraktar Akıncı” PAU-ları Ukraynadakı zavodda yığılacaq

“Bayraktar Akıncı” PAU-ları Ukraynadakı zavodda yığılacaq
1-10-2022, 23:20

Ukraynada tikiləcək “Baykar” zavodunda “Bayraktar Akıncı” döyüş pilotsuz uçan aparatları (PUA) yığılacaq.

NAXCİVANXEBERLERİ.COM “Espreso.tv”-yə istinadən xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktar bəyan edib.

“Ukraynadakı “Baykar” zavodunda həm mövcud “Bayraktar TB2” pilotsuz uçan aparat modeli, həm də hələ Ukraynaya təhvil verilməyən “Bayraktar Akıncı” modeli yığılacaq”, - deyə o bildirib.

Onun sözlərinə görə, baş verən hadisələrə baxmayaraq, Ukraynada “Baykar” zavodunun tikilməsi üzrə işlər davam edir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktarla görüşüb. Məlumata görə, görüş zamanı Ukraynada yeni zavodun tikintisinin təfərrüatları və bir sıra birgə layihələr müzakirə edilib.

Ukrayna 2023-cü ilin sonunda “Bayraktar” tipli PUA istehsal edən zavod tikmək niyyətindədir.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031