SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ərdoğan İsveç və Finlandiyaya Türkiyəyə verdikləri vədləri xatırladıb

Ərdoğan İsveç və Finlandiyaya Türkiyəyə verdikləri vədləri xatırladıb
1-10-2022, 20:42

Ankaraya verdikləri vədləri yerinə yetirməyənə qədər Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasını ratifikasiya etməyəcək.

NAXCİVANXEBERLERİ.COM "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Ölkəmizə verilən vədlər yerinə yetirilməyənə qədər prinsipial mövqeyimizi dəyişməyəcəyik. Biz İsveç və Finlandiyanın vədlərini yerinə yetirib-yetirmədiyini diqqətlə izləyirik. Və bundan sonra təbii ki, parlamentimiz yekun qərarı verəcək", - Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə İsveç və Finlandiyanın PKK ilə bağlı mövqelərini dəyişməsində israrlıdır. Ankara İsveç və Finlandiyadan bir sıra kürd fiqurlarının ekstradisiyasında da israrlıdır.

Hazırda hər iki ölkənin NATO-ya qəbulu 30 ölkədən 28-i tərəfindən ratifikasiya olunub. Yalnız Türkiyə və Macarıstan bunu etməyib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031