SON DƏQİQƏ

23:02 - Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkidə sakinlərlə görüşüblər-FOTO

22:55 - Türkiyə Silahlı Qüvvələri Suriyada 5 terrorçunu zərərsizləşdirib

22:33 - Prezident “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olub-FOTO, YENİLƏNİB

22:16 - İspaniya Ukraynaya ilk “Hawk” HHM sistemlərini təqdim edib

21:55 - İlham Əliyev “Şəki-Oğuz” Aqroparkında yaradılan şəraitlə tanış olub - FOTO, YENİLƏNİB

21:50 - “Şəki-Oğuz” Aqroparkında yeni zavodun təməli qoyulub - FOTO, YENİLƏNİB

21:31 - Heydər Əliyev Fondu Şəki Xan məscidi-qəbiristanlıq kompleksini bərpa edib - FOTO, YENİLƏNİB

21:12 - Dünya Bankının regional direktoru Azərbaycana gələcək

20:35 - Prezident Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olub-FOTO, YENİLƏNİB

20:30 - Orta Zəyzid kəndində quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanışlıq - FOTO, YENİLƏNİB

20:21 - Türkiyənin Suriya və İraqda keçirdiyi son əməliyyatlarda 491 terrorçu öldürülüb

20:00 - Gənclər üçün müxtəlif mövzulu təlimlər-FOTO

19:53 - “Şəki-Oğuz” Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edən qurğular istifadəyə verilib - FOTO, YENİLƏNİB

19:37 - Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuzda inşa edilmiş körpələr evi-uşaq bağçası istifadəyə verilib - FOTO, YENİLƏNİB

19:19 - Bolqarıstanın paytaxtı Sofiya şəhərində Şuşaya həsr olunmuş elmi-praktiki konfrans və “Şuşa – Azərbaycanın tarixi və mədəniyyət paytaxtı” kitabının təqdimatı keçirilib-FOTO

naxcivanxeberleri.com

Almaniyadan sığınacaq istəyən Ukrayna vətəndaşlarının sayı məlum olub

Almaniyadan sığınacaq istəyən Ukrayna vətəndaşlarının sayı məlum olub
1-10-2022, 15:04

Ukrayna-Rusiya müharibəsi başlayandan indiyə kimi 965 337 Ukrayna vətəndaşı Almaniyaya gəlib.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Almaniyaya gələn Ukrayna vətəndaşları ölkənin 16 federal əyalətində otel, yataqxana və qoruyucu ailələrdə yerləşdiriliblər.

BAMF-dan bildirilib ki, Almaniyaya vizasız daxil olan Ukrayna vətəndaşları ölkədə 90 gündən artıq qalmaq üçün yaşayış icazəsi almalıdır: “Şəxsi məlumatların sübutu (məsələn, biometrik şəxsiyyət vəsiqəsi və ya pasport kimi şəxsi sənədlər vasitəsilə) və polis tərəfindən şəxsiyyətin təsdiqi Ukrayna vətəndaşlarına müvəqqəti müdafiə vermək üçün kifayətdir. Ukrayna müharibəsi qaçqınlarının qəbulu zamanı müvəqqəti sığınacaq səbəbləri ayrıca qeyd edilmir”.

BAMF-ın Mətbuat Xidmətindən bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında müxtəlif mənşəli ölkələrdən ümumilikdə 132 618 nəfər Almaniyaya sığınacaq üçün müraciət edib (115 402 ilkin və 17 216 sonrakı müraciət).

Eyni dövrdə Ukraynadan 938 nəfər ölkə üzrə sığınacaq üçün müraciət edib (584 ilkin və 354 sonrakı müraciət).

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031