SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qazaxıstanın Birinci Prezidenti Günü" ləğv edilib

"Qazaxıstanın Birinci Prezidenti Günü" ləğv edilib
29-09-2022, 09:39

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstanın Birinci Prezidenti günü” dövlət bayramının ləğv edilməsi haqqında qanunu imzalayıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına kinematoqrafiya, mədəniyyət və bayramlar məsələləri ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında” qanununu imzalayıb.

Qeyd edək ki, Qazaxıstan parlamentinn Aşağı Palatası “Qazaxıstanın Birinci Prezidentinin günü” bayramının ləğvi barədə qanun layihəsini qəbul etmişdi.

Bu bayram dekabrın 1-də qeyd olunurdu. Xatırladaq ki, Qazaxıstanıən birinci prezidenti Nursultan Nazarbayev olub. O, 1989-cu ildən 2019-cu ilədək Qazaxıstana rəhbərlik edib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031