SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub
22-09-2022, 23:40

Ukrayna və Rusiya növbəti əsir mübadiləsini həyata keçirib.

Bu barədə NAXCİVANXEBERLERİ.COM “RBK-Ukraina"ya istinadən xəbər verir.

Məlumata görə, bu dəfə Ukraynanın “Azov” alayının döyüşçüləri azad edilib.

Mübadilə çərçivəsində keçmiş xalq deputatı, “Müxalifət Platforması - Həyat naminə” birliyinin liderlərindən biri Viktor Medvedçuk Rusiya tərəfinə təhvil verilib.

Qeyd edilir ki, may ayında Rusiya V.Medvedçukun “Azovstal”ın müdafiəçilərinə dəyişdirilməsinə qarşı çıxıb. Bu mövqe onun Ukrayna vətəndaşlığının olması ilə izah edilib.

Yazda Medvedçukun Ukrayna Silahlı Qüvvələrində xidmət etmiş əsir Britaniya vətəndaşları ilə dəyişdirilə biləcəyi barədə də xəbərlər yayılıb. Böyük Britaniyanın o vaxtkı baş naziri Boris Conson demişdi ki, müvafiq qərarın qəbulu Kiyevdən asılıdır.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930