SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ukrayna MN: "Rusiya fəal müdafiə əməliyyatlarına hazırlaşır"

Ukrayna MN: "Rusiya fəal müdafiə əməliyyatlarına hazırlaşır"
20-09-2022, 20:34

"Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dəf etmək üçün fəal müdafiə əməliyyatlarına hazırlaşır".

NAXCİVANXEBERLERİ.COM UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

Onun sözlərinə görə, qarşı tərəf xüsusilə Ukraynanın cənubunda, Xerson vilayətində müdafiə əməliyyatına hazırlaşır: "İndi onlar öz mövqelərini bərpa etmək üçün ehtiyat yaratmağa çalışırlar".

V.Skibitski həmçinin bildirib ki, Rusiya rəhbərliyi müharibənin başlanğıcından etibarən ümumi səfərbərlik barədə düşünür: "Ümumi səfərbərliyin elanı Putin rejiminə ciddi zərbə olacaq. Çünki bu, Rusiyanın qarşıya qoyulan vəzifələri yerinə yetirə bilmədiyini, Putinin "xüsusi əməliyyatı"nın uğurlu nəticələnmədiyini etiraf etmək olacaq. Rusiyada ümumi səfərbərliyin elan olunması bizə yalnız xeyir verəcək".

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031