SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tanınmış futbol məşqçisinin yeni iş yeri bəlli olub

Tanınmış futbol məşqçisinin yeni iş yeri bəlli olub
27-05-2019, 19:41

Fransanın "Marsel" komandasının yeni baş məşqçisi müəyyənləşib.

NAXCİVANXEBERLERİ.COM "France Football"a istinadən xəbər verir ki, kollektiv Andre Villaş-Boaşa həvalə olunub.

42 yaşlı mütəxəssislə ikillik müqavilə imzalanıb. O, yeni klubunda illik 600 min avro qazanacaq. Portuqaliyalı məşqçinin köməkçiləri bəlli olandan sonra təyinat rəsmən elan olunacaq. Villaş-Boaş bu postda Rudi Qarsiyanı əvəzləyib.

Qeyd edək ki, "Marsel" 2018-2019 mövsümünü beşinci pillədə başa vurub. Andre Villaş-Boaş indiyədək Rusiya “Zenit”i ilə yanaşı, Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi” və “Tottenhem”, eləcə də Çinin “Şanxay” komandalarına rəhbərlik edib. O, 2017-ci ildən işsizdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031