SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gürcüstan Prezidenti: “Ümid edirəm ki, sərhəd məsələsində Azərbaycanla maraqlarımıza uyğun nəticə əldə olunacaq”

Gürcüstan Prezidenti: “Ümid edirəm ki, sərhəd məsələsində Azərbaycanla maraqlarımıza uyğun nəticə əldə olunacaq”
26-05-2019, 15:45

“Hamıya aydındır ki, dövlətin müstəqilliyi sərhədlərsiz qoruna bilməz. Buna görə də dost ölkələrə səfərlərim zamanı sərhədlərin delimitasiyası məsələsini qaldırdım”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Müstəqillik gününə həsr olunmuş tədbirdə çıxışında bildirib.

O deyib ki, sərhədlərin delimitasiyası işini yekunlaşdırmaq lazımdır: “Bu problemi həll etmək lazımdır. Bizim mehriban qonşuluq münasibətlərimiz və bölgədə sabitliyə heç nə mane olmamalıdır”.

S.Zurabişvili Gürcüstan və Azərbaycan arasında sərhədlə bağlı komissiyanın fəaliyyətinin bərpa olunduğunu alqışladığını qeyd edib: “Ümid edirəm ki, yaxın gələcəkdə dövlətin maraqlarına uyğun müvafiq nəticə əldə olunacaq”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930