SON DƏQİQƏ

naxcivanxeberleri.com

Finlandiyada ikili vətəndaşlığın ləğvi təklif olunub

Finlandiyada ikili vətəndaşlığın ləğvi təklif olunub
16-08-2022, 21:30

Finlandiyanın üçüncü ən populyar partiyası olan “Həqiqi finlər” Rusiya ilə münasibətlərin pisləşməsi səbəbindən ikili vətəndaşlıq təcrübəsinin ləğv olunmasını təklif edib.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə partiyanın çərşənbə axşamı təqdim olunan yenilənmiş proqramında deyilir.

“İkili vətəndaşlığın tam ləğvi digər parlamentarilər tərəfindən təsdiqlənməsə, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Rusiya onun üzvü deyil) üzvü olmayan ölkələrin vətəndaşlarının ikili vətəndaşlıq hüququnu məhdudlaşdırmaq yaxşı kompromis olardı”, - partiya sədri Riikka Purra bildirib. O qeyd edib ki, bu təklif Rusiyadakı hadisələrlə bağlıdır.

Finlandiya Milli Statistika Mərkəzinin məlumatına görə, 2021-ci ildə ölkədə təxminən 150 min ikili vətəndaşlıq sahibi olub, özü də onların xeyli hissəsi – təxminən 38 000 nəfər ikinci vətəndaşlıq olaraq Rusiya vətəndaşlığına malik olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930