SON DƏQİQƏ

naxcivanxeberleri.com

Slovakiya Ukraynaya 4 ədəd özüyeriyən zenit qurğusu verib

Slovakiya Ukraynaya 4 ədəd özüyeriyən zenit qurğusu verib
14-08-2022, 11:30

Ukrayna Slovakiyanın əvvəllər tədarükünü vəd etdiyi ilk dörd ədəd “Zuzana” özüyeriyən artilleriya qurğusunu alıb.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, bu barədə “RBC-Ukraina” Slovakiyanın müdafiə naziri Yaroslav Nadın tviter səhifəsinə istinadən məlumat yayıb.

Nazir qeyd edib ki, ilk 4 artilleriya qurğusu artıq Ukrayna hərbçilərinin sərəncamındadır.

“Onlar istifadə olunmağa və Rusiya təcavüzkarlarından qorunmağa hazırdırlar”, - Nad vurğulayıb.

Daha əvvəl Nad tviter səhifəsində Slovakiya və Ukraynanın 8 ədəd “Zuzana 2” artilleriya qurğusu tədarükü barədə razılığa gəldiyini bildirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930