SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ BMT vasitəsilə Əfqanıstana 150 milyon dollar ayırır

ABŞ BMT vasitəsilə Əfqanıstana 150 milyon dollar ayırır
14-08-2022, 09:53

Amerika Birləşmiş Ştatları BMT-nin üç qurumu vasitəsilə Əfqanıstana 150 milyon dollar yardım edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Tomas Uest bildirib.

"Biz Əfqanıstandakı iqtisadi böhranı aradan qaldırmaq üçün səylə çalışırıq. 150 milyon dollar ərzaq təhlükəsizliyi probleminin həllinə, əfqan uşaqlarının məktəbdə qalmasına və qadınların və qızların səlahiyyətlərinin artırılmasına kömək edəcək", - Uest açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına 80 milyon dollar, BMT-nin Uşaq Fondu UNICEF-ə 40 milyon dollar, BMT-nin Qadınlar Təşkilatına isə 30 milyon dollar ayırıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930