SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sentyabrda Rəcəb Tayyib Ərdoğan və Cozef Bayden arasında görüş ola bilər

Sentyabrda Rəcəb Tayyib Ərdoğan və Cozef Bayden arasında görüş ola bilər
13-08-2022, 11:12

Sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş ola bilər.

NAXCİVANXEBERLERİ.COM “Sabah” qəzetinə istinadən xəbər verir ki, iki ölkə liderlərinin Vaşinqtonun Ankaraya F-16 qırıcı təyyarələri satması sahəsində yaranan problemləri müzakirə edəcəyi gözlənilir.

Nəşrin məlumatına görə, Türkiyə bu prosesin uzanmasını istəmir. Ona görə də məsələni ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə həll edərək F-16-ların satışına icazə verəcək sazişin tez bir zamanda ABŞ Konqresində müzakirəyə çıxarılmasına çalışır. Beləliklə, Konqres bir müddət sonra F-16 satışını təsdiqləyə bilər.

Qəzet yazıb ki, Türkiyə müdafiə sənayəsi firmalarının imkanlarının, ixraclarının artırılması yeni və milli müdafiə sənayəsinin inkişafına töhfə verəcək. Ödəmələr zamanı yarana biləcək mənfi təsirlərin qarşısını almaq məqsədilə əsas firma olan OFFSET-lə razılaşmalar imzalanacaq. Beləliklə, “qazan-qazan” prinsipi həyata keçiriləcək. Çünki bu razılıq əsasında qarşı tərəf də Türkiyədən bəzi istehsal məhdulları almalı olacaq.

Qeyd edək ki, iyunda keçirilmiş NATO sammiti çərçivəsində R.T.Ərdoğan və C.Baydena arasında görüş olub. Danışıqlar zamanı ABŞ liderinin həmkarına F-16 ilə bağlı sazişin Konqresdən keçməsi üçün müəyyən səylər göstərəcəyinə söz verib. Söhbət 40 yeni “F-16 Block 70” qırıcısından və Türkiyənin mövcud təyyarələrinin təkmilləşdirilməsi üçün 80-ə yaxın komplektdən gedir.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930