SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik müddəti uzadılır

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik müddəti uzadılır
12-08-2022, 23:11

Ukrayna Prezidenti Volodimir Zelenski “Ukraynada hərbi vəziyyətin müddətinin uzadılması haqqında” və “Ukraynada ümumi səfərbərlik müddətinin uzadılması haqqında” fərmanlarının təsdiq edilməsi haqqında qanun layihələrini Ali Radaya göndərib.

NAXCİVANXEBERLERİ.COM “İnterfaks”a istinadən xəbər verir ki, müvafiq qanun layihələri 7664 və 7665 nömrələri altında qeydiyyatdan keçib. Onların mətnləri hazırda parlamentin saytında mövcud deyil.

Eyni zamanda, “Qolos” fraksiyasının üzvü Yaroslav Jeleznyak öz teleqram kanalında qeyd edib ki, Ali Rada bu sənədlərə yaxın günlərdə baxmağa hazırlaşır və həm hərbi vəziyyətin, həm də ümumi səfərbərliyin uzadılması müddəti 90 gün ola bilər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031