SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çin Tayvan yaxınlığında hərbi təlimləri başa vurub

Çin Tayvan yaxınlığında hərbi təlimləri başa vurub
10-08-2022, 22:25

Çin ordusunun ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin Tayvana səfərindən sonra başlayan hərbi təlimləri başa çatıb.

NAXCİVANXEBERLERİ.COM “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Çinin Şərq Teatr Komandanlığının sözçüsü Şi Yi bildirib.

Onun sözlərinə görə, ötən həftə başlayan təlimlərdə Çin bütün tapşırıqları uğurla yerinə yetirib.

Eyni zamanda, Çin Xalq Azadlıq Ordusu Tayvan boğazında mütəmadi olaraq patrul xidməti təşkil etməyi planlaşdırır. Şi Yi deyib ki, Çinin hərəkətləri Tayvanla şərti demarkasiya xətti ətrafındakı vəziyyətə əsaslanacaq.

Digər tərəfdən, “Bloomberg” bildirib ki, çərşənbə günündən etibarən Tayvan limanlarına gedən ticarət gəmiləri əvvəlcədən planlaşdırılan marşrutlar üzrə hərəkəti bərpa ediblər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930