SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yeni Kaledoniya sahillərində köpəkbalığı uşağa hücum edib

Yeni Kaledoniya sahillərində köpəkbalığı uşağa hücum edib
25-05-2019, 16:30

Sakit okeanda yerləşən Fransaya məxsus Yeni Kaledoniya adası sahillərində köpəkbalığı oğlan uşağına hücum edib.

NAXCİVANXEBERLERİ.COM RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yeni Kaledoniya polisi "Facebook" səhəsində məlumat yayıb.

Bildirilib ki, oğlan Port du Sud limanında ailəsinin olduğu gəminin arxasında üzərkən köpəkbalığı hücumuna məruz qalıb. Onu təcili yardımla xəstəxanaya çatdırıblar və süni komaya salıblar. Yaxtalar dayanacağında üzməyə davam edən köpəkbalığını isə polis güllələyib.

Yerli KİV-də hücum zamanı oğlanın yanında bacısının da üzdüyü, hadisədən dərhal sonra uşaqların atasının suya tullanaraq heyvana zərbələr endirdiyi yazılıb. Bununla belə, uşaq sağ ayağını və qarnının bir hissəsini itirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930