SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb
9-08-2022, 10:23

"Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 42 640 hərbçisi məhv edilib".

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 817 tank, 4 076 zirehli döyüş maşını, 964 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 133 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 193 helikopter, 757 PUA, 185 qanadlı raket, 15 gəmi, 2 993 avtomobil texnikası və avtosistern, 87 xüsusi texnikadan ibarətdir.

Qeyd olunub ki, Rusiya ən çox itkini Donetsk istiqamətində verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930