SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tibetdə ilk dəfə koronavirusa yoluxma aşkarlanıb

Tibetdə ilk dəfə koronavirusa yoluxma aşkarlanıb
9-08-2022, 17:52

Çin hökuməti COVID-19-un yayıldığı iki il yarım ərzində ilk dəfə olaraq Tibet muxtar rayonunda koronavirusa yoluxma aşkarlayıblar.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Belə ki, son sutka ərzində həkimlər ölkənin qərbində yerləşən bu bölgədə 22 yoluxma halını qeydə alıb.

Tibetdə 920 gündən artıq idi ki, koronavirusa yoluxma aşkarlanmırdı.

Son sutka ərzində Çində COVID-19-a yeni 939 yoluxma, o cümlədən 540 simptomatik hal qeydə alınıb. Ən çətin epidemik vəziyyət, həkimlərin bir həftə əvvəl virusun yayılmasını aşkar etdiyi cənub əyaləti Haynandadır.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930