SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistan ordusunun hərbçiləri ölüb

Ermənistan ordusunun hərbçiləri ölüb
7-08-2022, 22:30

Ermənistanın N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu Arşaluys Ovannisyan (1976-cı il təvəllüdlü) avqustun 7-də naməlum şəraitdə ölüb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Nazirlik onun ölümünün səbəbini açıqlamayıb. Hərbçinin ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib.

Eyni zamanda bu gün saat 15:30-da Şirak rayon sakini, 31 yaşlı Azat M. Göyçə (Sevan) gölündə ölüb. Yerli mətbuatın məlumatına görə, o, hərbi qulluqçu imiş.

Faktla bağlı Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinin Basarkeçər (Geqarkunik) qarnizonunun istintaq şöbəsində cinayət işi başlanıb.

Qeyd edək ki, bu, Ermənistan ordusunda son günlər ərzində ikinci müəmmalı hərbçi ölümüdür. Avqustun 4-nə keçən gecə Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin üç aylıq təlim-məşq toplanışının üzvü, sıravi Atom Arutyunyan da naməlum şəraitdə ölüb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ekim 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31