SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kovova və Serbiya liderləri Brüsseldə görüşəcəklər

Kovova və Serbiya liderləri Brüsseldə görüşəcəklər
5-08-2022, 16:44

Kosovonun Baş naziri Albin Kurti və Serbiya Prezidenti Aleksandr Vuçiç avqustun 18-də Brüsseldə görüşəcəklər.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stano bildirib.

A.Kurti və A.Vuçiç Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel ilə görüşəcəklər.

Qeyd edək ki, Aİ avqustun 1-də hər iki liderə görüş barədə təklif göndərmişdi.

Xatırladaq ki, Kosovo və Serbiya arasında gərginliyə səbəb Kosova hökumətinin bu ölkədəki serblərə qarşı tətbiq etdiyi yeni qaydalar olub.

Etirazlardan sonra bu qaydalar təxirə salınıb.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031