SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ukrayna Baş Qərargahı: "Rusiyanın 40 500 hərbçisi məhv edilib"

Ukrayna Baş Qərargahı: "Rusiyanın 40 500 hərbçisi məhv edilib"
29-07-2022, 10:30

“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 40 500 hərbçisi məhv edilib”.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 749 tank, 3 987 zirehli döyüş maşını, 900 artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 190 helikopter, 731 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 870 avtomobil texnikası və avtosistern, 77 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031