SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yunanıstan Lozanna müqaviləsinin müddəalarını qəsdən pozur - Ərdoğan

Yunanıstan Lozanna müqaviləsinin müddəalarını qəsdən pozur - Ərdoğan
24-07-2022, 19:13

Yunanıstan son vaxtlar Lozanna Sülh Müqaviləsinin müddəalarını, xüsusən də türk milli azlığının hüquqları ilə bağlı müddəalarını qəsdən pozur.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lozanna Sülh Müqaviləsinin imzalanmasının 99-cu ildönümü münasibətilə müraciətində deyib.

"Türkiyə Respublikanın yaranmasının və 2023-cü ildə qeyd olunacaq Lozanna müqaviləsinin imzalanmasının 100-cü ildönümünə inamlı addımlarla yaxınlaşan Türkiyə regional və qlobal məsələlərdə də mövqeyini gücləndirməkdə davam edir", - deyə R.T.Ərdoğan bildirib.

Türkiyə dövlətinin başçısı xatırladıb ki, Lozanna Sülh Müqaviləsi Türkiyənin quru sərhədlərini müəyyən etməyə, Yunanıstandakı türk milli azlığının hüquqlarına zəmanət verməyə, Türkiyə sahillərindəki Yunan adalarının silahsızlaşdırılmış statusunu təsdiq etməyə imkan verib.

R.T.Ərdoğan vurğulayıb ki, ötən 99 il ərzində Türkiyə Lozanna Sülh Müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri diqqətlə yerinə yetirdi.

"Lakin Yunanıstan son vaxtlar Lozanna Sülh Müqaviləsinin müddəalarını, xüsusən də türk milli azlığının hüquqları ilə bağlı müddəalarını qəsdən pozur. Türkiyə mehriban qonşuluq və razılaşmalara sadiqlik prinsiplərinə zidd olan belə bir vəziyyətlə barışa bilməz. Ankara bölgədə davamlı sülh və sabitliyin bərqərar olması, eləcə də türk xalqının hüquqlarının təmin edilməsi üçün hər cür səy göstərmək əzmindədir", - deyə R.T.Ərdoğan bildirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031