SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ukrayna MN: "Ölkənin cənubunu azad etmək üçün milyonluq döyüş qüvvəsi toplanır"

Ukrayna MN: "Ölkənin cənubunu azad etmək üçün milyonluq döyüş qüvvəsi toplanır"
10-07-2022, 23:58

Ukrayna Prezidenti Volodimir Zelenski hərbçilərə cənubdakı sahilyanı əraziləri işğaldan azad etməyi əmr edib. Bunun üçün Qərb silahlı ilə təchiz edilmiş milyonluq döyüş qüvvəsi toplanır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikov “The Sunday Times” qəzetinə müsahibəsində deyib.

Belə ki, nazirin sözlərinə görə, Prezident ali hərbi rəhbərliyə ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən müvəqqəti işğal olunmuş ərazilərin azad edilməsi üçün planlar hazırlamağı tapşırıb:

“Biz başa düşürük ki, bu, ölkəmiz üçün siyasi baxımdan çox lazımdır. Prezident Ali Hərbi Baş Komandana planlar hazırlamağı tapşırıb. Bundan sonra Baş Qərargah öz tapşırıqlarını yerinə yetirir və deyir ki, bu məqsədə çatmaq üçün bizə “A”, “B” və “C” lazımdır”.

Qeyd edək ki, mərkəzi şəhəri daxil olmaqla böyük hissəsi Rusiya qüvvələrinin nəzarətində olan Xerson vilayətində vəziyyət ağır olaraq qalır. Rusiya hərbçiləri nəzarət etdikləri əraziyə humanitar yardımın göndərilməsini əngəlləyir, Ukrayna Ordusunun vilayətdə azad etdiyi yaşayış məntəqələrini müntəzəm olaraq atəşə tutur.

Son həftələrdə Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində əks-hücuma başlayıb. Onlar vilayətin bir sıra ərazilərini işğaldan azad edərək Xerson şəhərinə yaxınlaşıblar. Hazırda bölgədə şiddətli döyüşlər davam edir.

Xatırladaq ki, martın 2-də Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xerson vilayətinin eyniadlı mərkəzini ələ keçirdiyini açıqlayıb. Bundan sonra bölgədə Rusiya tərəfindən hakimiyyətə gətirilən qondarma rəhbərlik Rusiyaya birləşmək niyyətini bildirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031