17:45 - Dmitro Kuleba: “Rusiya müharibəni masada bitirməkdə maraqlı deyil”
17:40 - ABŞ-da iki helikopterin toqquşması nəticəsində 9 hərbçi ölüb
17:35 - Fazil Mustafanın partiyası: "Sui-qəsdin siyasi səbəblərlə icra edilməsi şübhə doğurmur"
17:30 - Ukrayna XİN başçısı: "ABŞ bizə dəstəyi dayandırsa, dünya nizamı məhv olacaq"
17:20 - Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
17:15 - Ötən il və bu il 242 uşaq övladlığa verilib
17:10 - Şəhid ailələri və müharibə əlilləri bu il azı 1500 mənzil və ya fərdi evlərlə təmin olunacaq
17:00 - Reyçel Avraam: “Səfirliyin açılması Azərbaycan və İsrail arasında əməkdaşlığı gücləndirəcək”
16:50 - Naxçıvanlı güləşçi mükafatçılar sırasında-FOTO
16:45 - Dini Komitənin sədri: “Biz siyasi məqsəd üçün din amilindən istifadə edənlərlə mübarizə aparmalıyıq”
16:40 - Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”
16:35 - Lavrov Türkiyəyə gedir, Qarabağ da müzakirə olunacaq
16:30 - ANAMA ilə DGK arasında Anlaşma Memorandumu imzalanıb-FOTO
Aİ "Apple" və "Google"un inhisarına son qoyacaq qanunlar qəbul edib
Avropa İttifaqı (Aİ) "Apple" və "Google" daxil olmaqla böyük texnologiya şirkətlərinə yönəlmiş iki qanun layihəsini təsdiqləyib.
NAXCİVANXEBERLERİ.COM xarici KİV-ə istinadən xəbər verir ki, rəqəmsal bazarlar və rəqəmsal xidmətlər haqqında qanun layihələrinə əsasən, Aİ-nin daxili bazarına əhəmiyyətli təsir göstərən texnologiya nəhənglərindən bir sıra tələblərə əməl etmələri istəniləcək.
Birincisi, şirkətlər proqramların kənar mənbələrdən öz cihazlarında quraşdırılmasına icazə verməli olacaqlar. İkincisi, istifadəçilərdən əvvəlcədən quraşdırılmış proqramları silmək və standart parametrləri dəyişdirmək, o cümlədən üçüncü tərəf proqramları üçün NFC-dən istifadə etmək imkanı təmin etmək tələb olunur.
Bundan əlavə, onlar artıq kənar tərtibatçıları yalnız öz ödəniş sistemlərindən istifadə etməyə məcbur edə bilməyəcəklər. Nəhayət, böyük texnoloji şirkətlər öz xidmətləri tərəfindən toplanan şəxsi istifadəçi məlumatlarını başqa xidmət məqsədləri üçün yenidən istifadə edə bilməyəcəklər.
Şirkətlərə bütün yeni qaydalara əməl etmək üçün 6 ay vaxt veriləcək. Qayda pozulduqda ümumi illik dövriyyənin 10 faizi miqdarında cərimə olunacaqlar. Təkrar pozuntu dövriyyənin 20%-nə başa gələcək.
Sənədlər dərc edildikdən 20 gün sonra qüvvəyə minir. Rəqəmsal bazarlar haqqında qanun ayın sonuna, rəqəmsal xidmətlər haqqında qanun isə 2022-ci ilin sentyabrında təsdiqlənməlidir.