SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq

Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
30-06-2022, 18:47

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı günlərdə Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparacaq.


NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Türkiyə lideri NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.


“Bizim bir “yol xəritəmiz” artıq formalaşıb. Bizim 20-yə yaxın ərazidə gəmilərimiz var. Odur ki, dəhlizin açılmasına çalışacağıq”, - o bildirib.


Ərdoğan vurğulayıb: “Mən siyasətçiyəm, 40 illik təcrübəm var. Müxtəlif vəzifələrdə çalşımışam. Siyasət dava-dalaş içşi deyil. Siyasətdə dost qazanmaq üçün çalışmalısan. Nə qədər düşmən qazansan, o qədər itirərsən. Putinlə tanışlığımın müddəti daha çoxdur, nəinki Zelenski ilə. Ortada bir həqiqət var. Biz Ukrayna və Rusiyanın təmsilçilərini görüşdürdük və yeni mərhələ başlandı. Bundan sonra da həmin mərhələnin davam etməsini istəyirik”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031