00:05 - Günün qoroskopu-04.07.2022
23:30 - “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatdı
22:50 - Cəbrayıl Avropa çempionu oldu, Ramik bürünc medal qazandı
21:39 - Avstraliya Rusiyadan qızıl idxalına qadağa qoyacaq
20:09 - Naxçıvan şәhәrindә aparılan quruculuq işlәri sürәtlә davam etdirilir
19:36 - Naxçıvan göycәsindә yaşıl zoğların köklәndirilmәsi
18:21 - Cüdoçumuz açıq Avropa turnirinin qızıl medalını qazanıb
17:47 - Zeman Qərb ölkələrini Ukraynaya silah tədarükünə çağırıb
16:41 - Naxçıvan şәhәrindә vә onun kәndlәrindә taxıl biçininә başlanılıb
15:30 - Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib
15:13 - Avstriyalı nazirlər Türkiyəyə səfər edəcək
14:04 - Azərbaycan gimnastı FIG kubokuna layiq görülüb
13:00 - Cənubi Koreyada koronavirusa 10 mindən çox yoluxma qeydə alınıb
12:23 - Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
Türkiyənin nazir müavini Azərbaycana təşəkkür edib
Türkiyənin gənclər və idman nazirinin müavini Halis Yunus Ersöz Azərbaycana təşəkkür edib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, o, İslam Əməkdaşlıq Gənclər Forumunun gənclər və idman sahələrində Daimi Nazirlər Şurasının 3-cü iclasının Bakıda təşkilinə görə Azərbaycana, gənclər və idman naziri Fərid Qayıbova minnətdarlığını çatdırıb.
Halis Yunus Ersöz, həmçinin, Azərbaycanın keçmiş gənclər və idman naziri mərhum Azad Rəhimovun xatirəsini yad edib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə V İslam Həmrəylik Oyunlarını uğurla keçirmək niyyətində olduqlarını bildirib: "Bunun üçün əlimizdən gələni edirik. 15-dən çox idman obyekti seçmişik. Hamısı hazır vəziyyətdədir. Burada 24 idman növü üzrə mübarizə gedəcək. 5 mindən çox idmançı və 8 mindən çox qonağı qəbul edəcəyik".
Nazir müavini sentyabrda başqa bir tədbirə ev sahibliyi edəcəklərini vurğulayıb: "Bursada Dünya Köçəri Oyunları keçiriləcək. Bütün qonaqları həmin yarışa dəvət edirəm. İnanıram ki, 2022-ci il bizim üçün idman ili kimi yadda qalacaq".